Kulis əməkdaşının pyesi “Gənc Tamaşaçılar”da

Kulis əməkdaşının pyesi “Gənc Tamaşaçılar”da
calendar 18 noyabr 2015
clock 13:13

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Arzu və Murad” tamaşası üzərində yaradıcılıq işinə start verib. Kulisin məlumatına görə tamaşa Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

“Ürəyində arzu tut” əsəri ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə keçirilən “Anamın kitabı” adlı pyes müsabiqəsində birinci yerə çıxmışdı. Müsabiqənin şərtlərinə görə birinci yerə çıxan əsər səhnələşdirəcəkdi.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu əsərin əsas ideyasını təşkil edir.

Tamaşanın premyerasının dekabr ayının birinci yarısında nümayiş etdirilməsi nəzərdə tutulub.

# 1110 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news