"Xaç atası" kino tarixinin ən yaxşı filmi seçilib

"Xaç atası" kino tarixinin ən yaxşı filmi seçilib
calendar 9 iyun 2017
clock 17:57

Xaç atası" filmi kinematoqrafiya tarixində ən yaxşı film adına layiq görülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, reytinq Böyük Britaniyanın nüfuzlu "Empire" jurnalının kinosevərlər arasında apardığı sorğu nəticəsində müəyyənləşdirilib.

Frensis Ford Koppolanın 1972-ci ildə çəkdiyi film məşhur trilogiyanın birinci hissəsidir. Film 1945-1955-ci illər zamanı Nyu Yorkun Siciliya əsilli Korleone mafioz ailəsindən bəhs edir.

İkinci yerə 1980-ci ildə İrvin Kerşnerin çəkdiyi “Ulduz müharibələri. 5-ci epizod - İmperiya cavab zərbəsi endirir” filmi layiq görülüb. Bu lent ötən il reytinqə başçılıq edib. Üçüncü yerə 2008-ci ildə Kristofer Nolan tərəfindən çəkilən “Qara cəngavər” filmi layiq görülüb.

İlk onluğa həmçinin “Şouşenk həbsxanasından qaçış”, “Kriminal qiraət”, “Yaxşı oğlanlar”, “İndiana Cons. İtirilmiş Nuhun gəmisini axtararkən”, “Çənələr” və “Üzüklər hökmdarı.Üzük qardaşlığı” filmləri daxil olub.

Jurnalın sorğusunda 20 min kinosevərlər iştirak edib.

# 1539 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news