«Gənclər arasında sosial işin təşkilinin təbliği»

«Gənclər arasında sosial işin təşkilinin təbliği»
calendar 23 yanvar 2013
clock 17:38

«Gənclər arasında sosial işin təşkilinin təbliği» layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin yanvar ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi Şəki və Quba şəhərlərinin gəncləri arasında sosial işin təşkilinin təbliğinə və bu sahədə geniş biliklərin verilməsinə nail olmaqdır. Layihə çərçivəsində yeniyetmə və gənclər arasında sosial işin təşkilinin təbliği barədə geniş məlumatların verilməsi, həmin məlumatların icmalarda yayılması məqsədi ilə fəal gənclər qruplarının formalaşması, bu qruplarının müxtəlif təbliğat fəaliyyətlərini təşkil etməsi nəzərdə tutulub.

Layihə çərçivəsində “Sosial işin təşkilinin əsas meyarları”, “Sosial işin üstünlükləri”, “Sosial işçilər kimlərdir, onların vəzifə və məsuliyyətləri”, “Sosial işçinin etik qaydaları”, “Sosial əlaqələrin qurulması” kimi mözvular tədris ediləcək.

Layihəni icrası zamanı təlimlərdə iştirak etmiş gənclərin yerlərdəki müfaviq təşkilat və qurumlara səfərləri təşkil ediləcək. Bu tip səfərlərin məqsədi təşkilat və qurumlarda sosial iş ilə tanış olmaq, sosial işçilərin gündəlik işinə baxmaq, bu haqda məlumatın tətbiq edilməsini müşahidə etmək, sosial iş haqqında digər vacib məlumatı toplamaqdı.

Seçilən fəal gənclər üçün təlimlərdən sonra praktiki fəaliyyət həyata keçiriləcək. Onlar yaşadıqları şəhərlərdə yerli icmalara səfərlər edərək əhali arasında sosial iş və sosial işçinin vacibliyi barədə ətraflı məlumatın yayılmasını yerinə yetirəcək. Bu yol ilə əldə etdikləri bilikləri geniş auditoriya arasında təbliğ etmək imkanı əldə olunacaq.

Qeyd etmək lazımdır ki, layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında (6.3. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı bəndinin 6.3.7 yarımbəndi Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib.

Layihə 2013-cü ilin aprel ayında başa çatacaq.

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news