Şair Nuranə Nurun  yeni şeirlər kitabı çap olundu

 Şair Nuranə Nurun  yeni şeirlər kitabı çap olundu
calendar 12 fevral 2013
clock 12:16

Kitab “Yoxluğuna və sağlığına” adlanır. “Mütərcim” nəşriyyatında çap olunan kitabın redaktoru və ön sözün müəllifi xalq şairi Nəriman Həsənzadədir. Annotasiyada deyilir:

“Topluya şairin müxtəlif illərdə yazdığı şeirlər toplanıb. Şeirlərin əsas mövzusunu müasir insanın lirik duyğuları təşkil edir. Əsərin qəhrəmanı – aşiq, ümumiyyətlə , şeirlərdə tərənnüm olunan sevgi münasibətləri ənənəvi şeirlərdən və aşiqlərdən tamamilə fərqlənir. Deyək ki, 80-90 –cı illərdəki ,hətta ondan qabaqkı lirikada sevgi münasibətləri ancaq aşiqi və məşuqu yola gətirmək, sevmək və sevilmək, bir-birini günahlandırmaq olmuşdusa, burada ancaq baş verən olmuşların səbəbi araşdırılır, təhlil edilir , baş verənlərə fəlsəfi çalarlar verilir. Beləliklə də şeirlərdə obrazlar yeni səciyyə daşıyır. Burada aşıq günahlandırılmır, ona peşmançılıq hissi gətirərək, qələbə elan edilmir və ya o, əğyar məsələsində suçlanmır. Sadəcə burada “gedişlər”in, ”günahlar”ın “ şəkli çəkilir və çox zaman gedəndə günah görülmür ,əsas qalan günahlandırılır. Bu onu göstərir ki, müəllif həyat münasibətlərini çox səviyyəli və peşəkarlıqla qələmə alır. Kitabdakı şeirlərin quruluşu ,deyim tərzi, dramaturgiyası müasir ədəbi prosesdə tamamilə yeni dəsti xətdir, dialoqlar çal-çarpaz , münasibətlər əksliklərlə zəngindir”.

15 fevral 2013-cü il saat 14.00-da AYB-nin Natəvan klubunda müəllifin imza günü keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

# 2407 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news