Cazmen Salman Qəmbərov iki beynəlxalq festivalda olacaq

Cazmen Salman Qəmbərov iki beynəlxalq festivalda olacaq
calendar 9 iyun 2017
clock 09:31

İyunun 14-dən 19-dək Gürcüstanın paytaxtı Tbilisidə Qafqaz Caz Festivalı keçiriləcək. Festivalda ölkəmizi həmyerlimiz, tanınmış caz ifaçısı, Əməkdar Artist Salman Qəmbərov təmsil edəcək.

S.Qəmbərov AzərTAC-a açıqlamasında deyib ki, festival çərçivəsində əvvəlcə Tbilisi Konservatoriyasında ustad dərsləri keçəcək. O, konservatoriyanın müəllim və tələbə heyəti ilə görüşəcək, sənətlə bağlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

İyunun 19-da festivalda çıxış edəcək sənətkar Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edəcək.

Növbəti qastrol səfəri haqqında danışan Əməkdar artist deyib: “İyunun 29-da Livanın paytaxtı Beyrutda təşkil ediləcək “Moorgenland festival”ında iştirak üçün dəvət almışam. Bu festivala çoxsaylı Şərq ölkələrindən tanınmış musiqiçilər qatılacaq. Festivalda çıxış edən ifaçıları “All Star Band” adlı orkestr müşayiət edəcək. Bundan əlavə, yaxın gələcəkdə digər ölkələrdə də konsertlərim nəzərdə tutulub”.

# 1232 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news