Görkəmli rəssam Toğrul Nərimanbəyov vəfat edib

Görkəmli rəssam Toğrul Nərimanbəyov vəfat edib
calendar 8 iyun 2013
clock 16:11

APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov ömrünün 83-cü ilində vəfat edib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər dövlət və hökumət nümayəndələri adından nekroloq imzalanıb.

Nekroloqda deyilir: “Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərib. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub. Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır. Toğrul Nərimanbəyovun yaradıcılığı neçə-neçə rəssamlar nəslinin bədii-estetik görüşünün təşəkkülünə öz təsirini göstərmişdir. Rəssamın zəngin irsi gənc rəssamlar üçün gözəl məktəb olmaqla onların peşəkarlığının formalaşmasında mühüm rol oynayıb. Toğrul Nərimanbəyovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin orden və medalları ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq ifadəsidir. Böyük sənətkar Toğrul Fərman oğlu Nərimanbəyovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!”

Qeyd edək ki, Toğrul Nərimanbəyov 1930-cu il avqust ayının 7-də Bakıda anadan olub.

# 2548 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news