“Ulduz” jurnalına yeni TƏYİNATLAR

 “Ulduz” jurnalına yeni <span style="color:red;">TƏYİNATLAR
calendar 3 sentyabr 2014
clock 14:57

Tanınmış yazıçı İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsinin icrasına başladıqdan sonra “Ulduz” jurnalında bir sıra dəyişikliklər baş verib. Belə ki, yazıçı Təranə Vahid “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı-ssenarist Vüsal Nuru nəsr və poeziya şöbəsinin redaktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Təranə Vahid 1971-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərbaycan gəncləri”, “Panorama”, “Gün səhər”, “Mədəniyyət” qəzetlərində işləyib. 2005- 2009-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor və böyük redaktor vəzifələrində çalışıb. 50-dən artıq ədəbi-bədii verilişin, o cümlədən “Carçıfilm” Yaradıcılıq Birliyində lentə alınan “Qismət” adlı bədii, “Müdriklik çadırı- Ömər Xəyyam”, “Çörək haqqı”, “Şirvanşahlar” sənədli televiziya filmlərinin ssenari müəllifidi. Həsən bəy Zərdabi mükafatçısıdır.

“Cənnətdən yuxarı...” adlı nəsr kitabının müəllifidir.

Vüsal Nuru 1981-ci ildə anadan olub. Müxtəlif mətbuat orqanlarında və televiziyalarda çalışıb. Gəncə Dövlət Unuversiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

“Yağış damlasıyam”, “Eybəcərlər adası”, “999” “Prezidentin qızı” kitablarının müəllifidir. Əsasən fantastik ədəbiyyat nümunələriylə diqqəti cəlb edir. Dövlət sifarişiylə çəkilən 5 seryalın ssenari müəllifi, 2 qısa metrajlı filmin ssenarisi və rejissoru olub. /ayb.az/

# 2022 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news