Yazar-jurnalistdən maraqlı layihə - Video

Yazar-jurnalistdən maraqlı layihə - <span style="color:red;">Video
calendar 30 aprel 2019
clock 16:21

Yazar-jurnalist, ssenarist, Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltan “Arzuca” adlı yeni layihəyə start verib.

Kulis.azın verdiyi xəbər görə, Layihənin məqsədi bəşəri mövzularda olan ən müxtəlif poeziya nümunələri əsasında ədəbi-bədii kompozisiyalar, video-çarxlar hazırlayıb ictimaiyyətə təqdim etməkdir.

Bununla yanaşı, layihə gənc istedadları dəstəkləmək, onların öz yaradıcılıq imkanlarını təqdim etməsinə yardım etmək niyyəti güdür.

Layihəyə indiyə qədər gənc istedadlar Yusif Rüstəmov, Cəlal Baba, Ədalət Ağaverdizadə cəlb olunub. Bakı Uşaq Teatrının bazasında hazırlanan məhsulların ərsəyə gəlməsində teatrın əməkdaşları da yaxından iştirak edir. Teatrın aktyoru Rauf Hüseynli layihədə səs rejissoru kimi çıxış edir.

2019-cu ilin Azərbaycanda və bütün türk dünyasında İmadəddin Nəsimi ili kimi qeyd olunması münasibətilə layihə çərçivəsində ilk iş məhz böyük mütəfəkkirə həsr olunub. Belə ki, İmadəddin Nəsiminin “Arzular” rədifli iki qəzəli əsasında kompozisiya hazırlanaraq Arzu Soltan (Arzu Bəyim) və Cəlal Baba tərəfindən ifa olunub.

Kompozisiya həm də Bakı Uşaq Teatrının təşkil etdiyi “Nəsimi ili-Nəsimi dili” festivalında nümayiş olunub və Münsiflər Heyəti tərəfindən üçüncü yerə layiq görülüb.

Poeziya nümunələrini öz yozumunda təqdim edən “Arzuca” layihəsinin gənclərin ədəbiyyata, sənətə, şeirə, musiqiyə marağını artıracağına inanırıq.

# 2703 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news