Ermənistanla Ukrayna arasında KİNO DAVASI

Ermənistanla Ukrayna arasında KİNO DAVASI
calendar 15 may 2014
clock 16:35

Ermənistanın milli kino mərkəzinin direktoru Gevorq Gevorqyan Sergey Paracanovun “Narın rəngi” filminin Kann festivalına-kino-klassika bölməsinə Ukrayna tərəfindən təqdim edilməsi haqda yayılan xəbərlərə etirazını bildirib.

Gevorqyanın sözlərinə görə, “Narın rəngi” festivalda Ermənistanın Milli Kino Mərkəzi və filmi restavrasiya edən Skorseze fondu ilə birgə təqdim olunub.

“Filmin bütün haqları Ermənistana aiddir. Ukraynalı həmkarlarımın filmin onların ölkəsinin təqdim etməsi ilə bağlı informasiya yaymağa haqları yoxdur. Mən onları anlamram”.

Cannes Classics retrospektivi 10 il əvvəl yaradılıb və proqram çərçivəsində hər il prodüser şirkətlərinin bərpa etdiyi seçilmiş köhnə filmlər nümayiş olunur.

Sayat Novaya həsr olunan “Narın rəngi” poetik kino-pritçası 1968-ci ildə “Armenfilm”də çəkilib.

Qeyd edək ki, Paracanov 1949-cu ildən 60-cı ilədək Kiyevdə Dovjenko adına kinostudiyada işləyib və Ukraynanın xalq artistidir.

# 2555 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news