Prokurorluqdan Elnarə Tofiqqızının ölümü ilə bağlı AÇIQLAMA

 Prokurorluqdan Elnarə Tofiqqızının ölümü ilə bağlı AÇIQLAMA
calendar 24 sentyabr 2013
clock 14:56

“Elnarə Tofiqqızının ölüm səbəbləri araşdırılır”. Bunu Mediaforum.az saytına açıqlamasında Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimova deyib.

Məlumata görə, jurnalist Anar Niftəliyevin xanımı, tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıda, “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinib. Şəbnəm İbrahimova açıqlamasında 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın sentyabrın 20-si saat 12:30 radələrində üzərində aparılan əməliyyat zamanı vəfat etdiyini söyləyib: “Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır. Elnarə Niftəliyevanın meyiti daxili müayinə üçün məhkəmə-tibb ekspertizasına təqdim olunub. Ancaq hələlik ekspertizanın rəyi alınmadığından ölümün səbəbini müəyyənləşdirmək mümkün deyil.

Elnarə Niftəliyevanın işi ilə bağlı həm də kompleks ekspertiza təyin olunub. Kompleks ekspertiza təyin olunmasında məqsəd əməliyyat zamanı həkimlərin səhvi və ya vəzifədən sui-istifadə hallarının olub-olmadığını müəyyənləşdirməkdir. Araşdırmalar davam etdirilir”.

# 2392 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news