Çingiz Əlioğlu, yoxsa Mahir Qarayev?-YENİ LAYHİƏ

Çingiz Əlioğlu, yoxsa Mahir Qarayev?-<span style="color:red;">YENİ LAYHİƏ
calendar 9 avqust 2014
clock 08:15

“Müqayisəli tərcümə” layihəsində iki yaradıcı insanın (şair və yazıçı) tərcümələrini təqdim edəcəyik. Yaradıcı insanlar tərcümə zamanı həm də öz üslublarını büruzə verdiklərinə görə maraqlı tandem yaranır, habelə üslub fərqləri görünür. Bu dəfə məşhur rus şairəsi Anna Axmatovanın şeirini iki şair-tərçüməçinin – Çingiz Əlioğlu və Mahir Qarayevin (hər iki şair rus dilinin gözəl biliciləridir) tərcüməsində təqdim edirik. M.Qarayevin tərcüməsində dəqiqlik, üsluba yaxınlıq, Ç.Əlioğlunun tərcüməsində bədiilik, yaradıcı üslubi yaxınlıq diqqət çəkir. Eyni zamanda, hər iki şairin öz üslubuna uyğun qafiyə lüğəti, söz sırası və s. cəhətlər də tərcümə edilmiş şeiri oxuyanda gözdən qaçmır. Dəyərli oxuculara müqayisə imkanı yaratmaq üçün tərcümələrdən sonra orijinal mətni də dərc edirik.

Fərid Hüseyn

Çingiz Əlioğlunun tərcüməsi

***

Ürək ki ürəyə bağlı deyildir,
Kefin istəyən vaxt gedə bilərsən.
Mənə qıymadığın xoşbəxtliyini
Yoluna çıxanla yarı bölərsən...

Mən ki ağlamıram, mən ki yanmıram,

Onsuz da xoşbəxtlik düşübdür qaçaq.

Sənin qıymadığın bu yorğun canı,

əcəl səndən əvvəl, öpüb qucacaq.

Bu qarlı qış ilə birgə yaşanıb

Ömrün üzüntülü, əzab günləri.

...Mənim istəklimdən sən çox yaxınsan,

Tək bircə bu ağrı yandırır məni...

-----------------------------

Mahir Qarayevin tərcüməsi

***

Ürək ki, ürəyin əsiri deyil

Buyur get indiki fikrin başqadır.

Kim ki bir kimsədən asılı deyil,

Xoşbəxtlik onunçün hər qarışdadır.

Ağlayıb baxtımı qarğamıram da

Yoxdu qismətimdə səadət mənim

Ölüm oxşayır da, sığallayır da,

Sən öpmə, oxşama, yorğun çöhrəmi.

Həsrət ağrıları getmiş sinəmdən

Ağappaq, bəmbəyaz qışla bərabər.

Mənim sevgilimdən axı sən nədən?

Sən nədən yaxşısan, yaxşı bu qədər?

--------------------

Orijinal Mətn

***

Сердце к сердцу не приковано,
Если хочешь - уходи.
Много счастья уготовано
Тем, кто волен на пути.

Я не плачу, я не жалуюсь,
Мне счастливой не бывать.
Не целуй меня, усталую,-
Смерть придется целовать.

Дни томлений острых прожиты
Вместе с белою зимой.
Отчего же, отчего же ты
Лучше, чем избранник мой?

# 4033 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news