Cavanşir Quliyev, Mehriban Zəki və Cavid Əhədova kino mükafatı verildi

Cavanşir Quliyev, Mehriban Zəki və Cavid Əhədova kino mükafatı verildi
calendar 31 iyul 2015
clock 09:47

Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatlarının qalibləri bəlli oldu. Kulisin məlumatına görə aktrisa Mehriban Zəki “Son illərin yaradıcı uğurlarına görə”, animasiya rejissoru Cavid Əhədov “Köhnə saat” animasiya filminin rejissor həllinə görə”, bəstəkar Cavanşir Quliyev “ Milli Kinematoqrafiya qarşısında xidmətlərinə görə” təltif olunublar.

Kinematoqrafçılar İttifaqı katibliyi namizədləri seçərkən ötən kino mövsümündəki prosesləri izləyib analiz edir, müxtəlif kino formatlarında işləyən kinematoqrafçıların uğurlarını qeyd edir.

Kino günü ilə bağlı İttifaqın sədri Rüstəm İbrahimbəyov həmkarlarına müraciət edib. Müraciətdə deyilir: “Əziz dostlar, həmkarlar! Bu il Milli Kinomuzun 117 yaşı tamam olur. Bu müddət ərzində Azərbaycan kinematoqrafçıları öz xalqına sevgisi və mədəni ənənələrə bağlılığına sadiq olub. Həmkarlarımızın ən layiqliləri həmişə çətin tarixi şəraitdə ölkəmizin və kinematoqrafımızın gerçək maraqlarını qoruyub. İttifaqımızın mükafatlarının builki laureatları öz fəaliyyətlərində və əsərlərində Milli Kinomuzun ən yaxşı xüsusiyyətlərini əks etdiriblər.

Bir daha hamınıza salamımı və xoş arzularımı çatdırıram. Daha neçə-neçə illər bir birimizi yaradıcı uğurlar münasibəti ilə təbrik etmək üçün Allah yardımçımız olsun!”

1963-cü ildə təsis olunan Azərbaycan Kinematoqrafçılar İttifaqı ilk və üzvlərinin sayına görə ən böyük kino təşkilatıdır. Layihələri çərçivəsində Bakı Kino Məktəbi, “Şərq-Qərb” Beynəlxalq KinoFestivalı, “Qızıl Çıraq” peşəkar mükafatının kinomuzun inkişafında ciddi rolu olub.

# 1030 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news