Azərbaycan XİN İrana cavab verdi: “Nizami Gəncəvi Azərbaycan şairidir”

Azərbaycan XİN İrana cavab verdi: “Nizami Gəncəvi Azərbaycan şairidir”
calendar 10 sentyabr 2013
clock 17:06

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev İran XİN-in sözçüsü Mərziyə Əfxəmin Nizami Gəncəvinin məqbərəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar bəyanatına münasibət bildirib.

E.Abdullayev APA-ya açıqlamasında Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu vurğulayıb: “O, Azərbaycanda anadan olub və Azərbaycan xalqının qürur mənbəyidir. Bu, hətta müzakirə predmeti də ola bilməz”.

Qeyd edək ki, İran XİN-in yeni sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi ilk mətbuat konfransında Azərbaycan hökumətinin Nizami Gəncəvinin məqbərəsindəki fars dilindəki kitabələri qaldırmasına da münasibət bildirib: “Azərbaycanlılar mədəniyyət adı ilə bir iş görməyə çalışsalar da, bu addım mədəniyyətlə ziddiyyət təşkil edir. Əgər mövzu şeirlərin fars dilindən türk dilinə tərcüməsidirsə, bu iş bir yenilikdir və dəyərlidir. Əks təqdirdə, bu tərcümələr hansısa qüvvələrin təxribat və irqçilik məqsədinə xidmət edərsə, onda mədəniyyətlə ziddiyyət təşkil edər. Ümid edirəm ki, Azərbaycan öz mədəniyyətinin inkişafına və dəyərinə İran mədəniyyətinin tərkib hissəsi kimi diqqət göstərər”.

# 2002 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news