Ankara Milli Kitabxanasında aşkarlanan tarixi mənbə Bakıda nəşr olunub

Ankara Milli Kitabxanasında aşkarlanan tarixi mənbə Bakıda nəşr olunub
calendar 12 dekabr 2013
clock 11:34

“Mütərcim” nəşriyyatında Xəzər Universiteti Tarix və arxeologiya departamentinin dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Musalının nəşrə hazırladığı “Zühuri-dövləti-Səfəviyan” (“Səfəvilər dövlətinin meydana gəlməsi”) adlı 100 səhifəlik maraqlı bir tarixi mənbə işıq üzü görüb.

Universitetdən APA-ya verilən məlumata görə, orijinal mətni Osmanlı türkcəsində olan bu tarixi mənbə ərəb qrafikalı əlifba ilə yazılıb. İndiyə kimi məxfi qalmış bu mənbə alimlər tərəfindən tədqiq olunmayıb.

N. Musalı mənbənin əlyazmasını Ankara Milli Kitabxanasında aşkarlayaraq, transfoneliterasiya və tərcümə edib, əsəri ön söz, şərhlər, göstəricilər və fotofaksimile ilə birlikdə nəşrə hazırlamışdır. İlk dəfə nəşr edilən bu əsərdə Səfəvi şeyxlərinin və I Şah İsmayılın həyat və fəaliyyətləri, I Şah Təhmasibin ha­ki­miy­yətinin ilk dövrü haqqında məlumat verilir.

Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Tahir Cəfiyev, rəyçiləri isə tarix elmləri doktoru Tahirə Həsənzadə və tarix üzrə fəlsəfə doktoru Əhməd Quliyevdir.

# 1742 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news