Tərcümə Mərkəzi memorandum imzalayıb

Tərcümə Mərkəzi memorandum imzalayıb
calendar 23 iyul 2014
clock 15:45

İyulun 17-də Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Ukraynanın nüfuzlu “Vsesvit” dünya ədəbiyyatı jurnalı arasında Memorandum imzalanıb. AYB.az saytının məlumatına görə Azərbaycan və Ukrayna ədəbiyyatlarının qarşılıqlı tərcüməsi və mübadiləsini nəzərdə tutulan sənəddə deyilir: “Azərbayacan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Ukraynanın “Vsesvit” tərcümə jurnalı arasında bağlanan bu memorandum hər iki xalqın müasir ədəbiyyatlarının qarşı tərəfin dilinə tərcüməsini, xüsusi buraxılışlar və ya kitablar, antоlogiyalar şəklində nəşrini, ümumiyyətlə ədəbi proseslərin uzlaşdırılmasını, peşəkar mübadilənin mütəmadi xarakter almasını, səfərlərin, görüşlərin, mühazirələrin təşkilini nəzərdə tutur.

Hesab edirik ki, xalqlarımızın oxşar siyasi taleyi və bu günü bizim müasir ədəbiyyatların yaxınlaşması, bir-birinə tanıdılması işini daha da aktuallaşadırır, başqa tərəfdən bu Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin tarixinə də hörmətdir, onun davamlı olmasını labüd edir”

Azərbaycan, Ukrayna və ingilis dilləridnə olan Memorandumu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və “Vsesvit” jurnalının baş redaktoru Dmitro Drozdovski imzalayıblar.

# 1960 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news