“Öz həyat hekayəni yaz” adlı müsabiqə başlayır

“Öz həyat hekayəni yaz” adlı müsabiqə başlayır
calendar 27 noyabr 2012
clock 18:49

Klubdan AzərTAc-a bildirmişlər ki, kampaniyanın təqdimatı bu il dekabrın 1-də bu qurumun Mustafa Sübhi küçəsi 13 ünvanında yerləşən ofisində keçiriləcəkdir.

Artıq bir müddətdir ki, dünyanın ayrı-ayrı ölkələrində ibrətamiz hadisələri yığıb kiçik hekayələr toplusu şəklində çap edirlər. Bu zaman müxtəlif insanlar öz başlarına gələn və ya şahidi olduqları əhvalatları qısa əhvalatlar şəklində yazıb bir mərkəzə göndərir, həmin mərkəz isə onları kitab şəklində çap edib oxucular arasında yayır.


Beləliklə, bir nəfərin başına gəlmiş əhvalat eyni vəziyyətdə olan çoxlu sayda insana təskinlik verir, onları sevindirir, ruhlandırır, yumşaq və rəhmli edir, ümid və həyat eşqi oyadır.


Kitab klubu bu məzmunlu ibrətamiz hekayətləri “Cana məlhəm hekayələr” seriyalı kitablar şəklində buraxmaq niyyətindədir. Klub bu layihənin bütün xərcini öz üzərinə götürür. Bundan əlavə, hər ilin sonunda bu kitablarda dərc edilmiş ən yaxşı hekayəni müəyyən etmək üçün müsabiqə keçiriləcək və hekayə müəllifi mükafatlandırılacaq.


Kampaniyada iştirak etmək istəyənlər öz hekayələrini [email protected] elektron ünvanına göndərə bilərlər.

# 1619 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news