Məşhur xəfiyyə 150 illik sirri çözdü

Məşhur xəfiyyə 150 illik sirri çözdü
calendar 10 iyun 2015
clock 11:01

1872-ci il 13 noyabr, saat 07:35-də Fransanın Havr şəhərində incəsənət inqilabı baş verdi.

Rəssam Klod Mone qaldığı mehmanxananın pəncərəsindən görünən mənzərəni çəkməyə başladı. Nəticədə “İmpression, Soleil Levant” (“Təəssürat, Doğan günəş”) əsəri ilə yanaşı yeni bir cərəyan meydana gəldi-impressionizm.

İmpressionizmin nə vaxt yarandığını gününə və saatına qədər dəqiqliklə necə bilirik?

Bu Texas Dövlət Universitetinin astrofiziki Donald Oslon xidmətidir.

Sənətşünas Jeraldin Lefevr və Marmotten-Mone muzeyinin direktor müavini astrofizikdən rəsmin yaranma tarixçəsini araşdırmağı xahiş edirlər.

Özünü “astronomik xəfiyyə” adlandıran alim də işə Monenin qaldığı mehmanxana və otağı tapmaq üçün xəritə və şəkilləri öyrənməklə başlayır.

Sonra o, dövrü, fəsli və günün vaxtını müəyyən etmək üçün astronomiyaya müraciət edərək doğan günəş və aydan istifadə etməklə rəqəmsal hava müşahidələri hazırlayıb.

Rəsmdəki küləyin şərqdən qərbə doğru əsdiyini göstərən tüstü son ipucu idi.

Yuxarıdakı tapıntılar və Monenin tablodakı imzasında yer alan “72” rəqəmi sirri çözməyə kömək elədi. Bu rəqəm rəsmin 1872-ci ildə çəkildiyini bildirirdi.

Astronomik xəfiyyə isə ayı, günü və saatı dəqiqləşdirdi.

/National Geographic Azərbaycan

# 1273 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news