Lənkəran Teatrı Bakıda çıxış edib

Lənkəran Teatrı Bakıda çıxış edib
calendar 20 fevral 2024
clock 09:09

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qonaq Teatr” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı "The Müqəssir" (Əbdürrəhim bəy Haqverdiyev) əsəri ilə Bakıda tamaşaçılar qarşısında çıxış edib.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Saleh Əzimzadə, Vəfa Hacızadə, Nizami Qurbanov, Günel Abbaszadə, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli oynayıblar.

Qeyd edək ki, sonda rejissor Abdulla Elşadlı bölgə teatrları ilə uğurlu əməkdaşlıq əlaqələri qurduğu və Lənkəran Dövlət Dram Teatrının tamaşanın orijinal quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.

# 2058 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
menu pen all_news