Füzuli macar dilində

Füzuli macar dilində
calendar 9 iyun 2011
clock 20:30
Əsəri professor İmre Adorian tərcümə edib

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüş – şühəda” əsəri Macarıstan Elmlər Akademiyasının “Akaprint Kiado” nəşriyyatında nəfis şəkildə nəşr olunub.


Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, macar dilində “İslamın müqəddəs şəhidlərinin bağçası” adı ilə işıq üzü görən əsəri orijinaldan tanınmış türkoloq-alim, professor İmre Adorian çevirib.


Macar alimi eyni zamanda kitaba ön söz və şərhlər də yazıb. O, Füzulinin zəngin irsindən məhz “Həditəqüş – şühəda” əsərinə müraciətini bu poemanın yüksək bədii məziyyətləri və humanist qayəsi ilə əsaslandırıb. Tərcüməçinin fikrincə, Füzuli islam müqəddəslərinin həyatına onların din uğrunda mübarizəsindən daha çox insani dəyərlərə böyük önəm verdiklərinə görə üz tutub və bu mənada orta əsrlər Avropa humanistlərinin bir çoxunu qabaqlayıb.


Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Teymur Kərimli kitaba Füzuli yaradıcılığının ümumbəşəri mahiyyətindən bəhs edən müqəddimə yazıb. Yaxın günlərdə Macarıstan Elmlər Akademiyasında Füzulinin macar nəşrinin təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
# 870 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news