Misirdə azərbaycanlı uşaqların rəsm sərgisi keçirilib

Misirdə azərbaycanlı uşaqların rəsm sərgisi keçirilib
calendar 23 dekabr 2020
clock 18:55

Qahirədəki Misir-Azərbaycan Dostluq Cəmiyyətində azərbaycanlı uşaqların Vətən müharibəsində şanlı Qələbəmizə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Kulis az xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin təşkil etdiyi sərgidə azərbaycanlı uşaqların çəkdiyi əsgərlərimizin qəhrəmanlığı, Şuşa və Ağdama həsr olunan rəsmləri nümayiş etdirilib. Balacalar Vətən, Ordumuz haqqında ürək sözlərini də söyləyiblər.

Sərginin təşkilatçısı, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov bildirib ki, Vətən müharibəsi günlərində azərbaycanlı ailələrdən olan uşaqlar müzəffər olaraq Ordumuzun qəhrəmanlığı haqqında şeir və rəsm əsərlərini diaspor mərkəzinə göndəriblər.

Diaspor təşkilatı adından balacalara hədiyyələr təqdim edilib.

view 1403 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news