Rusiyada rəssamımızın sərgisi açılıb

Rusiyada rəssamımızın sərgisi açılıb
calendar 16 noyabr 2019
clock 16:12

Rusiyanın Tolyatti şəhərində yaşayan soydaşımız, rəssam Bayram Salamovun Saranskda sərgisi açılıb.

Bayram Salmanovun “Nar çiçəyi” adlanan sərgisində 30-dan çox rəngkarlıq əsəri, dekorativ tətbiqi sənət nümunələri toplanıb. Ekspozisiya Saranskın S.M.Erzi adına Muzeyində nümayiş etdirilir.

Bayram Salmanov Şəkidə dünyaya gəlib, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Akademiyasını bitirib, 1990-cı ildən Tolyattidə yaşayır. Onun yaradıcılığı təkcə Rusiya deyil, həm də İspaniya, Almaniya, Böyük Britaniya, Kanada və digər ölkələrin sənətsevərlərinə yaxşı tanışdır.

B.Salamov Rusiya Rəssamları Yaradıcılıq Birliyinin üzvü, bir çox mötəbər mükafatların laureatıdır. Tolyattidə yaratdığı art-qalereyada öz əsərləri ilə yanaşı, az tanınan istedadlı rəssamların rəsmlərini də nümayiş etdirir. /azertag.az/

view 2997 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news