"Disney"də ixtisarlar başlayır - Hədəf 7000 işçi

"Disney"də ixtisarlar başlayır - Hədəf 7000 işçi
calendar 28 mart 2023
clock 15:30

Disney-in CEO-su Bob Iger şirkətdən 7000 işçinin işdən çıxarılacağını bildirib.

Kulis.az xəbər verir ki, CEO bu barədə CNN-ə məlumat verib.

Onun sözlərinə görə, tezliklə şirkətdə ixtisarlar olunacaq: "İxtisar zamanı 7 minə yaxın işçinin işdən çıxarılması planlaşdırılır. Disney-in işçilərini ixtisar etmək, şirkətin fəaliyyətini tənzimləmək üçün xərclərin azaldılmasının bir hissəsidir. Bir çox həmkarların və dostların Disneydən ayrılması bizim üçün olduqca ağırdır. Amma həmişə əlimizdən gələni etməliyik ki, Disney bütün dünyada - indi və gələcəkdə - izləyicilərinə müstəsna əyləncələr təqdim etməyə davam etsin".

Qeyd edək ki, işçilərin ixtisarı üç mərhələdə baş verəcək. Birincisi bu həftə başlayacaq və tezliklə rəhbərlər işdən çıxarılacaq işçiləri bu haqda xəbərdar etməyə başlayacaqlar. Aprel ayında ikinci, daha böyük ixtisar mərhələsi baş tutacaq və bu müddət ərzində bir neçə min işçi ixtisar olunacaq. Daha sonra şirkətin planlaşdırdığı 7000 iş yerini ixtisar etmək məqsədinə çatmaq üçün “yaydan əvvəl” üçüncü ixtisar mərhələsi olacaq.

# 989 dəfə oxunub

Oxşar xəbərlər

Aslan Kənan

Aslan Kənan

15:43 15 oktyabr 2025
"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
menu pen all_news