“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunacaq

“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunacaq
calendar 15 mart 2023
clock 16:00

Martın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, saat 19:00-da nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir.

Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyo Jordanla Parisə getməsinə razılıq verməklə, əslində, Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə, evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün qulluqçu Xanpərinin vasitəsilə cadugər Məstəli şahla Qulaməlini tapır.

Səhnə əsərində Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Şövqü Hüseynov, Elnur Bəhrəmxan, Gülər Nəbiyeva, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyev, Natiq Fərzəliyev, Nuranə Hüseynova, Ramil Məmmədov və başqaları iştirak edirlər.

# 1346 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news