Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçildi

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçildi
calendar 25 sentyabr 2023
clock 16:20

Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.

Kulis.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Qeyd edək ki, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.

2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilib

# 1012 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news