Stiv Cobsun kitabında erməni şoku

Stiv Cobsun kitabında erməni şoku
calendar 21 sentyabr 2011
clock 21:03
“Apple” şirkətinin yaradıcısı Stiv Cobs bioqrafik kitabında onu övladlığa götürən Cobs ailəsi barədə yazarkən, anasının türk-erməni hadisələrində Anadoludan ABŞ-a köçən erməni bir ailənin qızı olduğunu qeyd edib.

Xərçəng xəstəliyindən əziyyət çəkən və vəzifəsindən istefa verən Stiv Cobs şəxsi həyatında ən gizli məqamları Bencamin Franklin və Albert Enşteynin bioqrafiya yazarı Uolter İsaaksonla paylaşıb.

Noyabrın 21-i satışa çıxacaq kitabın yazılması hələ başa çatmayıb. Alınan məlumatlara görə, kitab yazarla Cobsun üz-üzə görüşləri zamanı söhbətlərindən hazırlanacaq.

“Mənim əsl ailəm”

Bildiyiniz kimi, Stiv Cobs doğulan kimi Cobs ailəsi tərəfindən övladlığa götürülüb. Cobs doğma ailəsini həmişə bioloji valideyn olaraq görür, övladlığa götürüldüyü Cobs ailəsini isə əsl valideynləri hesab edir.

56 yaşlı Cobs öz ərəbəsilli bioloji valideynləri ilə heç əlaqə saxlamayıb. Hətta bioloji atasının bu yaxınlarda “bir çay içək” dəvətinə belə cavab verməyib.

Anadoludan ABŞ-a köç

Kitabda Stiv Cobs onu böyüdən Pol və Klara Cobs cütlüyü haqda danışarkən anası Klara Cobsun əsl adının “Klara Hakopyan-Cobs” olduğunu deyib.

Klara Cobsun ailəsi 1915-ci ildə gərginləşən türk-erməni hadisələrindən sonra ABŞ-a köçüb. Atasının adı Luis Hakopyan, anasınınkı isə Viktoriya Artinyan olub. Luis Hakopyan 1894-cü ildə Malatyada, Viktoriya Artinyan isə eyni ildə İzmirdə doğulubmuş.

"Qürur duymadığım bir çox şey etmişəm, amma öyrənilməsindən qorxduğum heç bir şey yoxdur”, - deyən Cobs kitabın yazarı Uolter İsaaksona və yazacaqlarına qarışmayacağına söz verib.

600 səhifədən ibarət olacaq kitab artıq Amazon.com saytında ən çox satılanlardan olub. Kitab 500 min nüxsə ilə çıxarılacaq.

"Steve Jobs" bioqrafiyasını yazan Uolter İsaakson Aspen İnstitutunun baş direktorudur. CNN-də və TİME jurnalında yüksək postlarda çalışıb. Benjamin Franklin, Albert Enşteyn, Henri Kissincerin bioqrafiyalarını yazıb.

Günel ƏSGƏRZADƏ
# 1850 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news