Jurnalistlər Ağsuda və Şamaxıda...

Jurnalistlər Ağsuda və Şamaxıda...
calendar 13 iyun 2011
clock 16:52
MİRAS İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası iyun ayının 11-də Ağsu şəhərində KİV nümayəndələri üçün “Ağsuda aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri” və “Şirvan Xəzinəsinə Aparan Yollar” mədəni irs turlarının təqdimatına həsr olunmuş geniş brifinq keçirdi.

Jurnalistlər “Şirvan Xəzinəsinə Aparan Yollar” mədəni irs turlarının marşurutuna daxil olan Qobustan şəhərindəki XV əsrə aid Diri Baba türbəsini ziyarət etdilər.

Daha sonra müasir muzey standartları səviyyəsində əsaslı şəkildə yenidən qurulmuş Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyi jurnalistlərə təqdim olundu.

Şamaxıdan sonra media nümayəndələri orta əsr Ağsu şəhər yerində oldu.
Burada KİV nümayəndələri aparılan arxeoloji qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış olub, arzu edənlər qazıntı prosesinə qoşuldular.

Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev Ağsuda aparılan arxeoloji qazıntıların Azərbaycanın xanlıqlar dövrü tarixinin bir sıra problemlərinin, xüsusilə də orta əsr şəhər mədəniyyəti probleminin dərindən və hərtərəfli araşdırılması üçün mühüm elmi əhəmiyyət kəsb etdiyini dedi.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli orta əsr Ağsu şəhəri tədqiqatlarının arxeoloji turizm layihəsi çərçivəsində aparıldığını, tədqiq olunmuş sahənin üzərinin örtüldüyünü, tikili və materialların konservasiya edildiyini, şəhərin üçölçülü variantının hazırlandığını bildirdi.

Abidə ilə tanışlıqdan sonra Ağsu dolaylarındakı “Mingəçevir restoranı”nda geniş ziyafət oldu.

Lent.az saytı Mədəni İrsin təbliğində göstərdiyi köməyə görə MİRAS İctimai Birliyinin dostu fəxri diplomuna layiq görüldü.

Elmin HƏSƏNLİ
# 961 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news