Kənddə ölüb şəhərdə dirilən müqəddəs – Ömər Xəyyam

Kənddə ölüb şəhərdə dirilən müqəddəs – Ömər Xəyyam
calendar 4 iyul 2023
clock 12:00

Kulis.az Ömər Xəyyamın “Lazaronun möcüzəvi ölümü” yazısını təqdim edir.

İtaliyalı rejissor Alise Rorvaxerin iki filmi haqqında.

İtaliyalı rejissor Alise Rorvaxerin “Lazzaro felice” (“Xoşbəxt Lazaro”) filminə modern nağıl da demək olar.
Lazaro tütünçü ailəsindən, pastoral mühitin qabalığından, istismarçı burjuaziyadan fərqli – ayrı dünyanın adamıdır. Lazaronun dünyasında haqq-ədalət hökm sürür, pislik, qəzəb, nifrət anlayışları yoxdur. Sərhədsiz dünya, şəfqət, sevgi, sevgi, sevgi.

Onun qayəsi yaxşılıq etmək, yorulmadan işləməkdir.
Sanasan, tütün qoxulu gənc Toskanaya, əzilmiş eqolarını onu buyurmaqla, aşağılamaqla yemləyən, istismar edilən ailəyə müqəddəs kitabların içindən düşüb.

Bir növ İncildəki Lazarı xatırladır: İsa onu ölümündən dörd gün sonra diriltmişdi.



Lazaro da “öləcək”, “öləcək” və diriləcək, fəqət bu dəfə yerin üstündəki, göyün altındakı həqiqətlərlə intəhasız tütünlükdən uzaqda – şəhərdə rastlaşacaq.

Onun ikinci uzunmetrajlı filmi “Möcüzələr” arıçılıqla məşğul olan italyan ailənin həyatından, daha doğrusu, ailənin dəyişən taleyindən bəhs edir.

Cinayətkarların cəmiyyətə adaptasiya olunması üçün nəzərdə tutulmuş layihə çərçivəsində İtaliyaya göndərilən almaniyalı cinayətkar gənc Martinin Gelsominia ilə münasibəti çərçivələri qırır.
14 yaşlı Gelsominanın həyat tərzi yaşıdlarından fərqlidir.
O, bir növ ana arıdır.
Ailənin yükü onun çiynindədir: atasıyla arıçıdır, anasıyla əkinçidir, vaxt qalsa, keçilərlə məşğul olur...


4 qız atası Volfqanq, həm maskulin sakinlərin təsirilə, həm də məcburiyyət... - qızlarıyla oğlan kimi davranır.
Qızlar əslində, pastoral mühitin ab-havasında kimliklərini unudublar.
Martinin gəlişiylə balans pozulur, daxili iyerarxik sistem çökür.
Gelsomina qadınlığını kəşf edir.

# 3169 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news