Yaqub Məmmədovun xatirə gecəsi keçirlib

Yaqub Məmmədovun xatirə gecəsi keçirlib
calendar 17 iyun 2017
clock 09:30

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq Artisti Yaqub Məmmədovun xatirə gecəsi keçirilib. Əvvəlcə xanəndənin ifalarından ibarət videoçarx nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə filologiya elmləri doktoru Gülhüseyn Kazımlı sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov görkəmli xanəndə Seyid Şuşinskidən xanəndəlik sənətinin sirlərini öyrənib. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən mənimsəyib. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəsgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Vurğulanıb ki, ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnib.

Sonra Xalq Artisti Simarə İmanova, Əməkdar artistlər Qəzənfər Abbasov, Nuriyyə Hüseynova, Teyyub Aslanov, Sevinc Sarıyeva, Firuz Səxavət, Əsgər Əhmədov, Elza Qaybalıyeva, xanəndələr Cabir Abdullayev, Hüseyn Məlikov və Ramiq Bayramovun ifaları dinlənilib. /azertag.az/

# 1223 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news