Müştərək opera tamaşası - XƏBƏR

Müştərək opera tamaşası - XƏBƏR
calendar 12 mart 2015
clock 14:33

Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası olacaq.

Bu barədə Kulis-ə teatrdan xəbər verilib. Tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Teatr rəhbərliyinin Ukrayna, Belarus və Gürcüstandan dəvət etdiyi vokal ulduzları da çıxış edəcəklər.

Cilda partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Olqa Naqornaya ifa edəcək.

Qeyd edək ki, yaradıcılıq karyerası ərzində dünyanın 24 ölkəsində qastrol səfərində olan O.Naqornaya bu rolun ən yaxşı ifaçılarından biri sayılır.

Riqoletto rolunda isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Belarus Respublikasının Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Xalq artisti Vladimir Petrov çıxış edəcək.

Adı bakılı operasevərlərə yaxşı tanış olan Gürcüstanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili isə “Riqoletto” operasının tamaşasında Hersoq rolunda çıxış edəcəkdir.

Tamaşada həmçinin Azərbaycanın Xalq artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da iştirak edəcəklər.

Dirijor Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.

# 1027 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news