Çarli Çaplinin seksual orgiyaları Bunuelin xatirələri

Çarli Çaplinin seksual orgiyaları Bunuelin xatirələri
calendar 15 may 2014
clock 13:24

Kulis.Az-ın məşhur ispan rejissoru Luis Bunuelin “Mənim son nəfəsim” kitabından bir fraqmenti təqdim edir.

Gəncliyimdə İspaniyada sevişməyin yalnız iki vasitəsini bilirdilər: fahişəxanada və qanuni arvadı ilə yataqda.

Birinci dəfə 1925-ci ildə Fransaya gələndə küçədə kişi və qadınların öpüşməsi mənə tamamilə ağlasığmaz və doğrudan da iyrənc mənzərə kimi görünürdü. Gənc adamların nikahdan kənar yaşaması da məni təəccübləndirirdi. Və belə əxlaqın mövcudluğunu təsəvvür edə bilməzdim. Onları ədəbsizlik kimi qəbul edirdim.

O vaxtdan çox sular axıb. Son illərdə özümdə cinsi həvəsin tamamilə söndüyünü hiss edirəm. Erotik görüntüləri hətta yuxularımda da görmürəm. Mən buna sevinirəm, sanki tirandan azad olmuşam. Əgər Mefistofel peyda olsaydı və mənə potensiyama yenidən sahib olmağı təklif eləsəydi, ona deyərdim: “Yox, sağ ol, istəmirəm. Amma nənim qaraciyərimi və ağciyərimi möhkəmlət ki, xərçəngdən və ya serrozdan ölməyim”.

Mən baş tutmayan orgiyalardan da danışmaq istəyirəm. Bir dəfə Hollivudda Çarli Çaplin mənim və iki ispan dostum üçün orgiya təşkil elədi.

Pasadenadan (Kaliforniya ştatında şəhər) üç ecazkar qız gətirtmişdi. Amma bizim bəxtimizdən onlar dalaşdırar, çünki hər biri Çaplinlə sevişmək istəyirdi. Və getdilər.

Başqa bir vaxt isə dostum Uqarte ilə “Qızıl əsr” filmimdə oynamış Liya Lisi və onun rəfiqəsini dəvət elədik. Hər şey hazırlanmışdı: çiçəklər, şampan şərabı. Və yenidən uğursuzluq, qadınlar bir saatdan sonra aradan çıxdılar.

Həmin dövrdə Parisə gəlməyə izin almış, adını unutduğum bir sovet rejissoru məndən onun üçün kiçik Paris orgiyası düzəltməyi xahiş elədi. Amma o, düzgün ünvana müraciət etməmişdi.

Ona görə də onun xahişini Araqona (Lui Araqon-fransız şairi) dedim, o, isə məndən soruşdu: “Əziz dost, istəyirsən, səni...?”

O, elə bir söz işlətdi ki, onu təkrarlamaq istəmirəm. Heç nə mənə son illərdə yazıçıların kitab və danışıqlarında kobud ifadələrindən sui-istifadəsinin yayılması qədər murdar, mənasız gəlmir.

Əxlaqın bu cür saxta, vulqar azad ifadəsi azadlığa yalnız miskin parodiyadır. Ona görə də hər cürə seksual ədəbsizliyi rədd edirəm.

Hər halda Araqonun sualına mən “yox, əsla” cavab verdim. Bundan sonra Araqon mənə belə eksperimentlərdən qaçmağı məsləhət gördü və həmin rus rejissor ölkəsinə əliboş qayıtdı.

# 5060 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news