Gənc Tamaşaçılar Teatrı festivaldan uğurla qayıdır

Gənc Tamaşaçılar Teatrı festivaldan uğurla qayıdır
calendar 24 sentyabr 2024
clock 14:07

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” tamaşası ilə Rusiyanın Novorossiysk şəhərində keçirilən festivaldan uğurla qayıdır.

Kulis.az xəbər verir ki, sentyabrın 23-də "Teatr limanı" adlı 6-cı beynəlxalq festival çıxış edən səhnə əsərinin baş qəhrəmanı Əməkdar artist Şövqi Hüseynov "Teatr sahəsindəki nailiyyətlərinə, ifasındakı ustalığa və Rusiyanın cənubundakı mədəniyyəti zənginləşdirməyə verdiyi töhvələrə görə" festivalın xüsusi mükafatı ilə təltif edilib.

Xalq artisti İrina Perlovanın quruluşunda 1998-ci ildə hazırlanan tamaşa Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, İranda, Türkiyədə, Şri-Lankada, Makedoniyada, Amerikada və s. Beynəlxalq teatr festivallarında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Tamaşa qocaman səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, daha doğrusu, onun həyatda baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Qəhrəmanımızın sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

# 696 dəfə oxunub

Oxşar xəbərlər

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada

13:00 1 noyabr 2024
"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

"Mən Feyerbaxam"ın premyerası keçiriləcək

14:30 31 oktyabr 2024
Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə yola düşüb

10:48 31 oktyabr 2024
Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

Falçını zorlayan kişinin faciəsi - Tanrı quşu niyə gəlmədi?

12:00 30 oktyabr 2024
“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

“Tanrı quşu gəlmədi” tamaşasının premyerası keçirildi

09:28 30 oktyabr 2024
Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda teatr festivalında təmsil olunur

12:00 29 oktyabr 2024
Norma
Norma
menu pen all_news