Builki “Oskar”ın ən yadda qalan məqamı - BU REKLAM İDİ?

Builki “Oskar”ın ən yadda qalan məqamı - BU REKLAM İDİ?
calendar 5 mart 2014
clock 08:45

“Oskar” mükafatının qalibləri artıq məlumdur. Sürprizlərin az olduğu “Oskar”da bəlkə də yeganə sürpriz teleaparıcı Ellen Dedcenersin “Twitter”də paylaşdığı “selfi” foto idi.

Bredli Kuperin çəkdiyi şəkil qısa müddətdə 2 milyondan çox retvit aldı və bir milyondan çox insan “favorit” kimi qeyd etdi.

Ancaq fotonun təsadüfən çəkildiyi, yoxsa viral olduğu geniş müzakirələrə yol açdı. Kimisi şəklin “Oskar” həyəcanı ilə çəkilmiş gözəl kadr olduğunu düşündü, kimisi də mobil telefonun reklamı kimi qələmə Verdi.

Bəs viral nədir?

Viral reklam – istifadəçilərin çox vaxt video çəkərək e-mail, yaxud video paylaşım şəbəkələri vasitəsilə yaydığı, qısa müddətdə məşhurlaşan, buna görə də bəzən virusa bənzədilən yeni reklam metodudur.

Viral reklamlar iki yerə bölünür: həqiqətən təsadüfi istifadəçi tərəfindən çəkilən reklamlar və şirkətlərin sifarişlə çəkdirdiyi reklamlar.

Birinci növ viral reklamlara əsasən video paylaşım şəbəkələrində rast gəlinir. Təsadüfi istifadəçi hər hansı məhsulu götürüb onun haqda video çəkir və bu video digər internet istifadəçilərinin xoşuna gəlir, paylaşırlar. Çox vaxt şirkətlər bu reklamı istifadəçidən satın alırlar.


İkinci növdə isə firma və ya şirkət peşəkarlara viral reklam sifarişi verir. Peşəkarların işi reklamı sanki təsadüfi istifadəçi kimi “həvəskar” formada çəkməkdir.

# 2930 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news